“Real”ın prezidenti Florentino Peres bəyan edib ki, Zinəddin Zidanın komandadan istefası onun üçün gözlənilməz olub.

Offsideplus.az xəbər verir ki, bu gün fransalı mütəxəssislə birgə keçirdiyi mətbuat konfransında o deyib ki, Çempionlar Liqasındakı qələbədən sonra bu, gözlənilməz addımdır:

“Amma biz bu qərara hörmətlə qarşılamalıyıq. Zidanın qərarı mənə zərbə oldu. Mən onu fikrindən daşındırmaq istərdim. Amma başa düşürəm ki, bu, mümkün deyil. Ona “Real” üçün etdiklərinə görə təşəkkürümü bildirirəm. Zidanla vidalaşmıram, sadəcə, “görüşənədək” deyirəm. Əgər Zidana istirahət lazımdısa, o, buna layiqdir”. (qol.az)