"Barselona" klubunun zədəli futbolçusu Pedrinin son durumu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, İspaniya yığmasının heyətində zədə alan 18 yaşlı yarımmüdafiəçi "Barselona"nın qarşıdakı iki oyununu buraxmalı olacaq.
O, La Liqada “Valensiya”, Çempionlar Liqasında isə Kiyev “Dinamo”suyla (Ukrayna) keçiriləcək matçlarda iştirak etməyəcək.