İspaniyanın "Atletik" (Bilbao) komandasının futbolçusu İnyaki Uilyams La Liqada yeni rekorda imza atıb.

Offsideplus.az-ın məlumatına görə, 27 yaşlı hücumçu buna "Alaves"i evdə 1:0 hesabı ilə məğlub etdikləri VIII tur oyununda meydana çıxmaqla nail olub.

İspaniyalı forvard çempionatda ardıcıl 203-cü matçına çıxıb. Uilyams 2016-cı ilin aprelindən Bilbao təmsilçisinin La Liqadakı bütün görüşlərində iştirak edib.