“Real”ın futbolçusu Marko Asensio  bir neçə klubunun maraq dairəsindədir.

Offsideplus.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanan 3 klubun adı bəllidir. Bunlar “Liverpul”, “Milan” və “Yuventus”dur.

Asensio az oyun keçirməsindən narazıdır. Bu səbəbdən klubların təklifini nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Asensionun “Real”la müqaviləsi 2023-cü ilin yayında bitəcək.