“Barselona” klubunun futbolçusu Pedri zədələnib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bavariya” ilə oyunda (3:0) zədələnib.Onun son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Pedridən əvvəl Jordi Alba da sıradan çıxıb.