"Barselona" futbolçusu Samuel Umtiti ilə yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçi ilə danışıqların yaxşı keçdiyi və tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğu bildirilib. Onunla DÇ-2018 başlayana kimi rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, S.Umtiti bundan əvvəl "Barsa"dan yeni müqavilə üçün yüksək məbləğdə maaş istəyirdi. Ancaq sonra o, tələblərini azaltmaqla razılaşıb.