Madrid "Real"ı heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, "kral klubu" Fransanın "Renn" komandasından Eduardu Kamavinqanı transfer edib.

La Liqa təmsilçisi 19 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Fransalı oyunçunun keçidi üçün 40 milyon avro təzminat ödənilib.