Hər kəsin diqqəti Kilian Mbappenin "Real"a mümkün transferinə yönələrkən, "Kral klubu" fransalı futbolçunun millidəki komanda yoldaşı üçün hərəkətə keçib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Real" "Renn"nin futbolçusu Eduardo Kamavinqa ilə razılığa gəlib. Madrid təmsilçisi 18 yaşlı yarımmüdafiəçi üçün 30 milyon avro təklif edir. Gələn yay Kamavinqa ilə müqavilənin müddəti başa çatacağından, "Renn" bu yay futbolçusunu satmaq istəyir.

Qeyd edək ki, "Real" Kilian Mbappenin transferindən imtina edib. Klub gənc hücumçunu gələn yay heyətinə qatacaq.