"Barselona" "Kayserispor"un futbolçusu Emre Demir transferini bitirib.

Offsideplus.az "Sport" nəşrinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi bu mövsümü "Kayserispor"da keçirəcək. 18 yaşına 2022-ci ilin yanvarında girəcək Emre həmin vaxtadək Türkiyə təmsilçisində qalacaq və gələn sezondan etibarən karyerasını "Barsa"da davam etdirəcək.

İspaniya nəhəngi Emre Demir üçün 4 milyon avro ödəməyi planlaşdırır.

 Qeyd edək ki, "Kayserispor"un akademiyasında yetişən Emre Demir 3 mövsümdür əsas komandada forma geyinir. 2004-cü ilin 15 yanvarında dünyaya gələn Emre, 2 mövsüm əvvəl 15 yaşında vurduğu qolla Super Liqa tarixində qol vuran ən gənc futbolçu olmuşdu (15 yaş 9 ay 25 gün). Onunla Fransanın PSJ klubu yaxından maraqlansa da, "Barselona" daha cəld davranmağı bacarıb.

Xatırladaq ki, "Barselona" daha öncə türk əsilli 18 yaşlı vinger Yusuf Demiri heyətinə qatıb.