İspaniyanın "Real Madrid" klubu futbolçusu Karlos Kazemiro ilə müqavilənin müddətini uzadıb.

offsideplus.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən "kral klubu"nda çıxış edir.