"Real"ın prezidenti Florentino Peres "Barselona" ilə aralarındakı münasibət pozulmasın deyə, İlayş Moribanın mümkün transferində geri addım atıb.
Offsideplus.az "Sport"a istinadən xəbər verir ki, "Real" 18 yaşlı mərkəz yarımmüdafiəçisini heyətinə qatmayacaq. Buna səbəb klubların bir-birinə ziyan edəcək anlaşmalara imza atmayacaqları ilə bağlı razılığa gəlməsidir. Avropa Super Liqası layihəsində geri addım atmayan "Yuventus" klubu da tərəflərin bu anlaşmasına hörmət edəcək.
Bu, "Yuventus", "Real" və "Barselona"nın ulduz futbolçuların transferi üçün bir-biri ilə mübarizə aparmayacağı anlamına gəlmir. Belə ki, klublar heyətlərində yer alan oyunçuların transferi zamanı bir-birlərinə zərər vurmayacaq şəkildə müqavilə bağlayacaqlar.
Qeyd edək ki, Moriba ilə "Mançester Siti", "Mançester Yunayted", "Çelsi" kimi klublar yaxından maraqlanır.