"Atletiko"dan ayrılan Fernando Torresin yeni klubu məlum olub. 

Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Yaponiyada davam etdirəcək.

 Torresin "Saqan Tosu" klubu ilə razılığa gəldiyi bildirilir. 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm Madrid klubunda 45 oyuna 10 qol vurub.(qol.az)