"Barselona" klubunun yeni transferi Yusuf Demir sərgilədiyi performansla diqqətləri üzərinə cəlb etməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, azarkeşlər artıq türkəsilli futbolçunu Kataloniya təmsilçisinin yeni Messisi adlandırırlar. "Xoan Qamper kuboku"nun finalında "Yuventus"la matçdakı (3:0) çıxışı ilə görüşə damğa vuran 18 yaşlı vinger baş məşqçi Ronald Kumanın etimadını artıqlaması ilə doğruldub. Həmin qarşılaşmada yaxşı təsir bağışlayan Demir Memfis Depaya qol ötürməsi də vermişdi.
Bundan əvvəl yoxlama oyunlarında da uğurlu olan futbolçu "Barselona"nın gələcəyi hesab edilir.
Qeyd edək ki, Yusuf Demir "Rapid Uien" klubundan transfer edilib.