İspaniyanın “Atletiko” klubu müdafiəçisi Stefan Saviç ilə müqavilənin müddətini uzadıb. 

Offsideplus.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 3 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb.
Monteneqro yığmasının da üzvü olan Saviç 2015-ci ildən “Atletiko”da oynayır.