"Barselona"dan maaş artımı tələb edən İlayş Moribaya klub tərəfindən sərt cəza verilib.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi B komandasının təlim məşqlərinə qoşula bilməyəcək. Onun adı "Olot" komandası ilə hazırlıq matçının ehtiyat heyətinə belə daxil edilməyib.
Qeyd edək ki, ötən mövsüm "Barselona"da debüt edən İlayş Moriba 14 oyuna çıxıb.