İspaniya La Liqasında 2021-22 mövsümünün başlamasına 15 gün qalmış “Barselona” təlim məşqlərinin yeni həftəsinə start verib.
Offsideplus.az rəsmi əməkdaşı La Liqa-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Ximnastik” və “Xirona”ya qarşı yoldaşlıq matçlarındakı qələbələrdən sonra məşq toplanışlarına davam edir.
Amerika Kubokunda iştirakı səbəbindən məzuniyyət götürən Argentina millisinin üzvü Ronald Arauxo da komandaya qoşulub.
Arauxonun qayıtmasına rəğmən, “Barselona”nın 9 futbolçusu hələ də məzuniyyətdə və ya milli komandanın düşərgəsindədir.