"Barselona"nın hücumçusu klubu tərk etməyə yaxındır. 

Offsideplus.az "Sport.es"ə istinadla xəbər verir ki, Martin Breytueyt karyerasını yenidən İngiltərədə davam etdirəcək. Danimarkalı forvardın xidmətində "Vest Hem" maraqlıdır ki, artıq hər iki klub arasında danışıqlar müsbət yekunlaşıb. Premyer Liqa təmsilçisi transferə görə ispanlara 15 milyon avro ödəyəcək. Keçid yaxın günlərdə rəsmən açıqlanacaq. 

Qeyd edək ki, 30 yaşlı hücumçu "Barselona"da 2020-nin fevralından çıxış edir. O, 2020/21 mövsümündə meydanda olduğu 42 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə verib.