"Qrizmann mənim xoşuma gəlir. O, indi ən yaxşılardan biridir".

Offisdeplus.az xəbər verir ki, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi deyib.

Argentinalı ulduz futbolçu "Atletiko"nun yarımmüdafiəçisi Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Antuanın "Barselona"ya keçib-keçməyəcəyini bilmirəm. Ancaq komandamıza yaxşı futbolçular gələndə buna ancaq sevinirik. Düşünürəm ki, Qrizmann da onlardan biridir".

Qeyd edək ki, mətbuatda Messinin Qrizmanna zəng vuraraq, onu "Barselona"ya gəlməyə razı saldığı haqda məlumatlar da yer alıb.