Rafael Varan "Real Madrid"in satdığı ən bahalı 4-cü futbolçu olub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 50 milyon avroya "Mançester Yunayted"ə transfer edilib.

İlk pillədə 2018-ci ildə 105 milyon avroya "Yuventus"a keçən Kriştiano Ronaldo qərarlaşıb. 2017-ci ildə "Çelsi"yə transfer olunan Alvaro Morata ikinci (80 milyon avro), 2014-cü ildə "Mançester Yunayted"ə keçid edən Anxel Di Mariya isə üçüncü yerdədir (75 milyon avro).