İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta komandadakı gələcəyi müzakirə edilən Antuan Qrizmannla bağlı açıqlama verib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti fransalı futbolçuya təkliflərin olduğunu təsdiqləyib:
"Qrizmannın hələ "Barselona" ilə müqaviləsi var, o bu klubun üzvüdür. Hazırkı vəziyyət dəyişməsə, o, komandada qalacaq. Ona müxtəlif klublardan maraq olduğunu inkar etmirik. Onun transferi "Barselona" üçün böyük yatırım idi. Qrizmannı sərbəst buraxmağımız üçün digər klubların uyğun təklif göndərməsi asan olmayacaq. Onunla problemimiz yoxdur, ondan məmnunuq. Lakin maliyyə baxımından risk dövrdə olduğumuz üçün təkliflərə açığıq".