"Barselona" "Lill"in müdafiəçisindən əl çəkmir.
Offsideplus.az AS-a istinadla xəbər verir ki, katalonlar Renatu Sançesi İspaniyaya gətirmək istəyir. "Barsa"nın 23 yaşlı yarımmüdafiəçini transfer etmək imkanı olmadığından, onunla icarə müqaviləsi bağlamaq niyyətindədir. Sançes karyerasını dünya nəhəngində davam etdirməkdə maraqlı olsa da, son söz "Lill" rəhbərliyinindir.
Qeyd edək ki, portəgiz futbolçu son mövsümdə meydana çıxdığı 29 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.