"Barselona"nın prezidenti Xuan Laporta Lionel Messi ilə yeni müqavilənin bitmək üzrə olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. Klub prezidenti bu sözləri deyib:
"Messi ilə müqavilənin yenilənməsi yaxşı davam edir".
Qeyd edək ki, iyul ayından etibarən azad agent olan 34 yaşlı hücumçu, 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur.