İspaniyanın "Real" klubunun futbolçusu Kərim Benzemanın komandadakı gələcəyinə aydınlıq gəlib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, fransalı futbolçu "kral klubu"nda qalacaq. Madrid klubu bu yay ulduz hücumçu transferi reallaşdırsa belə bu, Benzemanın komandadakı mövqeyinə təsir göstərməyəcək.

33 yaşlı hücumçu da "Real"da qalmağı və müqaviləsini daha bir il uzatmağı planlaşdırır.

2009-cu ildən "Real"da çıxış edən Benzemanın klubla müqaviləsi növbəti mövsümün sonunadək nəzərdə tutulub.