Madrid "Atletiko"su baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli argentinalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.