"Barselona"nın Antuan Qrizmannla bağlı qərarı məlum olub.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, Lionel Messi komandanı tərk edərsə, fransalı futbolçu heyətdə vacib rol əldə edəcək. Leonun "Barsa" ilə yeni müqavilə bağlayacağı halda isə, Qrizmann komandanı tərk etməli olacaq.
Qeyd edək ki, 34 yaşlı argentinalının Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 1 iyuldan etibarən başa çatıb.