Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Hernandes sabiq komanda yoldaşı Leo Messi barədə danışıb.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis argentinalı ulduzun "Barselona" ilə müqaviləsinin müddətinin başa çatmasından bəhs edib: "Vəziyyətin necə irəlilədiyini görəcəyik. Hiss edirəm ki, Messi "Barselona"da xoşbəxtdir. Hər şey onu göstərir ki, müqaviləni yeniləyəcək. İnanıram ki, o, buna layiqdir. "Barselona"nın Messiyə, Messinin də "Barselona"ya ehtiyacı var. O xoşbəxtlik arayır və onun üçün bu xoşbəxtlik "Barsa"dadır. Əminəm ki, tezliklə yeni sözləşmə imzalanacaq".
Qeyd edək ki, 34 yaşlı hücumçu iyun ayının bitməsi ilə azad agentə çevrilib.