“Barselona” klubu futbolçusu Mateus Fernandeslə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki,  22 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilə qədər olan müqaviləyə xitam verilib.

Qeyd edək ki, Fernandes ötən il “Barselona”ya “Palmeyras”dan keçib. O, son mövsümü icarə əsasən “Real Valyadolid”də keçirib.