“Barselona" klubu yeni transferi Memfis Depaya 400 milyon avro qiymət qoyub.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin məlumatı təsdiqlədiyi bildirilib. Onun müqaviləsində təzminat qiyməti olaraq sözügedən məbləğ qeyd olunub.

Qeyd edək ki, "Barselona" niderlandlı hücumçu ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalayıb.