Karlo Ançelottinin komandanın sükanı arxasına keçməsi Xames Rodriqesin "Real"a qayıdacağı ilə bağlı iddiaları gücləndirib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, kolumbiyalı futbolçu "Real", "Bavariya" və "Everton"da italiyalı mütəxəssisin rəhbərliyi altında oynasa da, Florentino Peres və azarkeşlərlə münasibəti heç də yaxşı deyil.
"Kral klubu"nun futbolçuları ilə dostluğu olsa da, azarkeşlər 29 yaşlı vingerin "Bavariya"dan icarədən qayıtmasına məmnun olmamışdılar. Xames isə bu ilin fevralında bu sözləri demişdi: "Artıq "Real"da heç kəs məni istəmir".
Futbolçu aprel ayında "ESPN" nəşrinə belə bir açıqlama vermişdi: "Atletiko"ya keçmək üçün hər şey hazır idi, amma "Real" icazə vermədi".
2020-ci ilin iyununda isə Xames icarədə 2 il keçirdiyi "Bavariya"dan "Real"a qayıtmağa məcbur olduğunu bildirmişdi.
Bununla da, Ançelotti ilə yaxşı münasibətlərinin olmasına baxmayaraq, Xames Rodriqesin yenidən "Real"a dönməsi mümkün görünmür.