Xuan Laporta ulduz futbolçu Kriştiano Ronaldonu "Barselona"da görmək istəyir.
Offsideplus.az AS-a istinadla xəbər verir ki, klub başqanı yaxın ətrafı ilə söhbətdə bu haqda danışıb. Laportanın məqsədi "Barsa"da Messi-Ronaldo tandemini yaratmaq, bununla da reklam gəlirləri hesabına klubu maliyyə böhranından qurtarmaqdır. Ronaldonu transfer etmək üçün ciddi vəsait olma da, prezident çıxış yolu tapıb. O, Ronaldonun əvəzinə Antuan Qrizmann, Filip Koutinyo və Sergi Roberto "üçlüy"ündən ikisini Turinə göndərməyə hazırdır. Üstündə də müəyyən məbləğdə pul.
Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsinin müddəti 2022-ci ilin iyununa qədərdir. "7 nömrə"nin İtaliyanı tərk etmək istədiyi deyilir.