İspaniya futbolunda bu günün tarixinə bir daha boylandıq.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, 2019-cu ilin 21 iyununda Fernando Torres karyerasını bitirəcəyini açıqladı. İspaniyalı ulduz Yaponiya təmsilçisi "Saqan Tosu" ilə yayda müqaviləsinin bitməsinin ardından bir daha forma geyinməyəcəyini təsdiqlədi. 

"Atletiko"nun heyətində oynadığı 281 La Liqa matçında 103 qol vuran "körpə" ləqəbli Fernando, hər zaman "matrasçılar"ın azarkeşləri ilə xüsusi bağa sahib olacaq. 

Karyerası boyunca, 2010-cu il Dünya Kuboku və 2 Avropa Çempionatı (2008, 2012) qazanan Tottes, İspaniya millisində çıxdığı 110 oyunda 38 qola imza atıb. Əsl əfsanə...