"Real" İtaliya millisinin və "Roma"nın şərəfini qoruyan müdafiəçi ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi Leonardo Spinazzola ilə güclənmək istəyir. Bu barədə italyan jurnalist Nikolo Skira "tvitter" səhifəsində yazıb. Həmkarımızın məlumatına görə, "Roma" futbolçusunu "Real"a buraxmağa qarşı deyil. Keçid üçün İspaniya nəhəngi 30 milyon avro ödəməlidir.
Marselo komandanı tərk edəcəyi halda, "Real" rəhbərliyi Spinazzolanın transferi üçün "Roma"ya müraciət edəcək.
Qeyd edək ki, Leonardo Avro-2020-nin qrup mərhələsinin ilk turundan sonra ən sürətli futbolçu oub.