"Atletiko" İtaliya A Seriyasından futbolçu transfer edir.

Offideplus.az xəbər verir ki, Madrid təmsilçisi "Udineze"nin oyunçusu Rodriqo de Paul ilə razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Matrasçılar" 27 yaşlı vinger üçün 35 milyon avro ödəyəcək.

Rodriqo ilə yazın günlərdə 2026-cı ilədək müqavilənin imzalanacağı gözlənilir.