2020/2021 mövsümü üzrə La Liqanın ən yaxşı futbolçusu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Atletiko"nun qapıçısı Yan Oblak ötən mövsümün ən yaxşı oyunçusu seçilib. 28 yaşlı qolkiper geridə qoyduğumuz sezon 38 oyuna çıxıb, 18 quru oyun keçirib.
Seyv göstəricisi 80% olan Oblak, ümumilikdə 103 zərbəni dəf edib.