Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 5 iyun tarixində baş verən hadisələri təqdim edir:

2016 və 2017-ci ilin 4 iyunu. "Leqanes" və "Xirona" nəhayət La Liqaya yüksəlməyi bacardılar.

Yaxşı idarə olunan kiçik klubların böyük addım ataraq La Liqaya yüksəlməsi İspaniya futbolunda son illərdə baş verən ən müsbət inkişaflardan biridir. 4 iyun tarixi iki klubun qələbəni qeyd etməsi ilə yaddaşlarda qalıb. Pablo İnsuanın başla vurduğu qol "Leqanes"ə 1:0 hesablı qələbə gətirməklə yanaşı, komandanın La Liqaya vəsiqə qazanmasını təmin etdi. 

WhatsApp Image 2021 06 03 at 18.32.20

Həmin gündən 12 ay sonra isə  "Xirona" komandası İspaniya çempionatına yüksəlmək sevincini yaşadı. Doğma meydanda "Real Zaraqoza" ilə 0:0 hesablı heç-heçə edən Kataloniya təmsilçisi 87 illik fasilədən sonra La Liqaya vəsiqə qazanmağı bacardı.

Çıxış etdikləri dönəm İspaniya çempionatına rəng qatan hər iki komanda, hazırda Sequndada mübarizəni davam etdirir.