Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 3 iyun tarixində baş verən hadisəni təqdim edir:
3 iyun, 2001-ci il. Fernando Torres karyerasında ilk qoluna imza atdı.
2001-ci ilin bu günü "Atletiko Madrid" Sequndada "Albasete" ilə üz-üzə gəlmişdi. "Atletiko" azarkeşləri 2000-01 mövsümünün sonlarına doğru əsas heyətdə tez-tez yer almağa başlayan gənc forvard Fernando Torresin meydana çıxması ilə coşdular. Komanda yoldaşı Kikonu əvəzləyəndən cəmi 7 dəqiqə sonra "körpə" peşəkar karyerasında ilk qoluna imza atdı. "Matrasçılar" həmin mövsüm La Liqaya yüksəlmək şansını qaçırsalar da, bir neçə ildən sonra Torres İspaniyanın TOP çempionatında komandaya kapitanlıq etdi. Hazırda karyerasını başa vurmuş "körpə" La Liqada çıxdığı 281 oyunda 103 qola imza atıb.