Rafael Varan "Real"ı tərk etməyə hazırlaşır.

Offsideplus.az ABC-a istinadla xəbər verir ki, "Mançester Yunayted" fransız müdafiəçi ilə güclənmək niyyətindədir. Ucaboy müdafiəçi seçim qarşısında qalsa da, "qırmızı şeytanlar"ın təklif etdiyi pula "yox" deyə bilmir. "Mançester Yunayted" Varana "Real"da qazandığından daha artıq məbləğ təklif edir.

Qeyd edək ki, 28 yaşlı futbolçunun "Real"dakı illik məvacibi 6 milyon avrodur.