"Barselona" "Mançester Siti"nin futbolçusu Erik Qarsiyanı heyətinə qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi Kataloniya təmsilçisi ilə 2026-cı ilin yayındadək müqavilə bağlayıb. Azad agent kimi transfer edilən futbolçuya "Barselona" 400 milyon avro satış qiyməti qoyub.
Qeyd edək ki, "Barsa" daha öncə "Siti"dən Serxio Aqueronu azad agent kimi heyətinə qatıb.