Zinədin Zidan istefasından sonra "Real" baş məşqçi axtarışlarını davam etdirir.
Namizədlər arasında Antonio Konte ilə Raul Qonzalesin adı hallansa da, yeni baş məşqçi onlardan heç biri olmayacaq.
Offsideplus.az COPE-yə istinadla xəbər verir ki, adları çəkilən mütəxəssislər "Kral klubu"nun "sükanı" arxasına keçməkdən imtina edib. Odur ki, rəhbərlik diqqətini baş bir mütəxəssisə yönəltmək məcburiyyətində qalıb. Bu, Belçika millisinin çalışdırıcısı Roberto Martinezdir. Məsələ ən qısa müddətdə həllini tapmalıdır.
Qeyd edək ki, "Real" mövsümü titulsuz başa vurduğundan, Zidanla yollar ayrılıb. Martines isə Belçika millisinin AVRO-2020-yə hazırlayır.