"Barselona" klubu braziliyalı yarımmüdafiəçisi Felipe Koutinyonu satmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi büdcəsində yaranan problemləri aradan qaldırmaq və heyətinə yeni oyunçular qatmaq istəyir. Buna görə də komanda "sambaçı"nı satmaq qərarına gəlib.
Qeyd edək ki, Koutinyo başa çatan mövsümdə 12 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.