"Atletiko Madrid"in ulduzu Luis Suarez sabiq komanda yoldaşı Lionel Messiyə məsləhət verib.

Offsideplus.az xəbər verir ki, "Cope" radiosuna danışan 34 yaşlı hücumçu Messiyə "Barselona"da qalmağı təklif edib. 

"Dost, futbol azarkeşi kimi Leo "Barselona"da qalsa, çox məmnun olardım. Klubun ona, onun da kluba verdiyi töhfələrə görə qalsa yaxşıdır".

Qeyd edək ki, argentinalı ulduzun "Barselona" ilə müqaviləsi iyun ayında başa çatır.