İspaniya yığmasının sabiq üzvü Fernando Torres karyerasını bərpa edib.

Offsideplus.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçunun özü məlumat yayıb.

"Həyatı bu cür başa düşürəm: Futbol oynayaraq. Bu səbəbdən qayıtmaq qərarına gəldim. Cümə günü daha ətraflı məlumat verəcəm".

Qeyd edək ki, forvard 2019-cu ilin iyununda karyerasını bitirdiyini açıqlamışdı. O, “Atletiko”, “Liverpul”, “Çelsi” və “Milan” kimi klublarda çıxış edib.