"Barselona" klubu qapıçısı Neto ilə yolları ayırmağı qərara alıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiperin Kataloniya klubundakı son matçı La Liqanın 38-ci turunda "Eibar"la oyun olacaq.
Qolkiper klub ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Lakin "Barselona" onunla mövsümün sonu yollarını ayıracaq.