İspaniya La Liqasına yüksələn ikinci klub müyəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Sequndanın 40-cı turunda "Kartagena"nın "Almeriya"nı 2:3 hesabı ilə məğlub etməsindən sonra "Malyorka" İspaniyanın TOP liqasına vəsiqə qazanıb. Belə ki, 75 xalı olan "Malyorka" turnir cədvəlində ikinci pillədən aşağı yer tutmayacağı üçün bir ildən sonra yenidən La Liqaya yüksəlib.

Qeyd edək ki, daha öncə  "Espanyol" İspaniya La Liqasına vəsiqəni təmin edib.