Xorvatiya millisinin üzvü Ante Budimir ötən mövsüm "Malyorka"dan icarə əsasında "Osasuna"ya transfer olunub. O, cari mövüm 8 qola imza ataraq komandanın turnir cədvəlində yaxşı nəticə göstərməsində böyük rol oynayıb.
Offsideplus.az La Liqa-ya istinadən Budimir barədə bilmədiyiniz 5 faktı sizə təqdim edir:
1. Ante 1991-ci ildə Bosniya və Herseqovinanın Zenika şəhərində dünyaya gəlib və Xorvatiyanın paytaxtı Zaqrebin Velika-Qoritsa bölgəsində böyüyüb. 6 yaşında futbol oynamağa başlayan Budimirin ilk klubu da "Velika Qoritsa" olub.
2. 29 yaşlı hücumçu La Liqada ilk qolunu "Atletiko" ilə oyunda vurub. 68-ci dəqiqədə meydana çıxan Ante, oyunun bitməsinə 20 dəqiqədən az qalmış komandasının yeganə qoluna imza atdı. Lakin həmin matç Madrid təmsilçisinin 3:1 hesabı qələbəsi ilə başa çatdı.
3. Bu mövsüm tora göndərdiyi 8 qoldan 5-i başla vurulub. Bu göstərici onu La Liqada başla ən çox qol vuran ikinci futbolçu edir. İlk pillədə 6 qolla "Real"ın ulduzu Kərim Benzema qərarlaşıb.
4. Ante, peşəkar futbolçu olmaqla yanaşı, təhsil də almağa davam edir. Xorvatiyada bacıları tərəfindən cəsasərtləndirilən Budimir, iqtisadiyyat üzrə təhsil alır.
5. Onun "Zenikanın "qu quşu" və "kimyagər" kimi ləqəbləri var. "Qu quşu" onun meydanda göstərdiyi möhtəşəm performansı, topla davranışı və 1,90 m boyunda və 75 kq olan bədən quruluşunu ifadə edir. "Kimyagər" ləqəbi isə onun qol vurmaq instiktinə görə verilib. Bundan əlavə, "Malyorka" azarkeşləri futbolu "qızıl"a çevirdiyi və hər oyunda ən yaxşı performansını ortaya qoyduğu üçün Budimirə "kimyagər" ləqəbini layiq görüblər.