"Real" aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Toni Kross "Vilyareal"la sonuncu turun matçını televizor qarşısında izləyəcək. Buna səbəb təcrübəli yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır.
Qeyd edək ki, Kross cari mövsümdə "Real" formasında meydana çıxdığı 42 matçda 3 qol vurub, 8 məhsuldar ötürmə verib.