Türkiyə millisinin və Fransanın "Lill" klubunun futbolçusu Zeki Çelik "Barselona"ya transfer edilə bilər.

 Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Liqa 1 təmsilçisində göstərdiyi oyunla La Liqa nəhənginin diqqətini üzərinə çəkib.

Kataloniya təmsilçisi Çeliki Serji Robertonun əvəzləyicisi kimi görür.

Yayılan məlumatlara görə, "Barselona" sözügedən futbolçu üçün qarşı tərəfə 15 milyon avro təklif edib.

Qeyd edək ki, türkiyəli futbolçu 2018-ci ildən "Lill"də çıxış edir. O, bu mövsüm komandasının heyətində çıxdığı 27 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.