“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Çempionlar Liqasının 1/4 final mərhələsində 2 oyunun nəticəsinə görə “Roma”ya uduzub mübarizəni dayandırmalarını unuda bilmir.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Avropanın bir nömrəli klub turnirindən kənarda qalmalarını özləri üçün ciddi zərbə hesab edir:
“İlk oyundan sonra düşünürdük ki, yarımfinala çıxmaq üçün yaxşı şansımız var. Ancaq 1/4 final mərhələsində mübarizəni dayandırmaq bizim üçün böyük zərbə oldu. Heç bir komanda yarımfinalda olmağı bizim qədər istəmirdi. Düşünürəm ki, məğlubiyyətimizin heç bir izahı yoxdur. Heç “Roma” da bizi necə keçdiyini anlamır. Hərdən futbolda belə şeylər də olur”.
Qeyd edək ki, 1/4 finalın ilk oyununda evdə “Roma”nı 4:1 hesabı ilə məğlub edən “Barselona” səfərdə rəqibinə 0:3 uduzaraq ÇL-də mübarizəni dayandırmışdı.