"Atletiko"lu futbolçuların partidən şəkilləri yayılıb.

Offsideplus.az xəbər verir ki, Yan Oblakla Stefan Saviç təkcə qızlarla rəqs etmir, həm də siqaret və qəlyan çəkirlər. Və ən maraqlısı, koronavirusla bağlı qaydaların sərtləşdirildiyi vaxtda maskasızdırlar. 

Həmin şəkilləri internetə futbolçulardan birinin yaxınının buraxdığı dəqiqdir. Həmin gecə futbolçularla bir yerdə olmuş Tereza Eçave şəkillərin pandemiyadan əvvəl çəkildiyini bildirib: "Fotoyla bağlı kimlərdəsə şübhə və ya narahatlıq yaranıbsa, pandemiyadan əvvəl çəkildiyini deyə bilərəm".

Oblak isə "instaqram"da bu sözləri yazıb: "Yaxşı kadrlardır, amma hər şeyə inanmaq məcburiyyətində deyilsiniz".