"Real"ın müdafiəçisi Rafael Varan zədələnib.
Offsidepus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu əzələsindən xəsarət alıb. Müdafiəçinin mayın 5-də baş tutacaq "Çelsi" ilə Çempionlar Liqası cavab qarşılaşmasında oynayıb-oynamayacağı şübhə altındadır.
Qeyd edək ki, "Çelsi" və "Real" komandaları arasında baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.